Əhməd Şahidov Güllük kəndində 93 yaşlı nənə ilə görüşüb: “Sizin nəfəsiniz də mənimçün dəstəkdir, köməkdir”

Əhməd Şahidov Güllük kəndində 93 yaşlı nənə ilə görüşüb: “Sizin nəfəsiniz də mənimçün dəstəkdir, köməkdir”

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonu Güllük kəndində yaşayan 93 yaşlı Gülsənəm nənəni ziyarət edib. Bir əsrlik ömür yaşayan Gülsənəm Həsənova deputatlığa namizəd Əhməd Şahidovu böyük sevgi ilə qarşılayıb və səmimi xeyir-dualarını verib.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com


Xəbər 1030 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR