Əhalisinin sayına görə ən çox koronavirus daşıyıcısı olan ölkə hansıdır?

Əhalisinin sayına görə ən çox koronavirus daşıyıcısı olan ölkə hansıdır?

Dünyanın ən kiçik ölkələrindən olan Lüksemburqda koronavirus daşıyıcısı və qurbanlarının sayı dünyanın ən böyük ölkələrindən sayılan Rusiyadan çoxdur.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, 602 000 əhalisi olan Lüksemburqda qeydə alınmış koronavirus daşıyıcılarının sayı 1 950nəfərdir.
Bu o deməkdir ki, ölkədə hər 308nəfərdən biri müalicəsi olmayan və sürətlə yoluxan virusun daşıyıcısıdır.
Bundan başqa, Lüksemburqda virusun qurbanlarının sayı 21 nəfərə çatıb.
Müqayisə üçün, virusun yayılmağa başladığı Çinlə sərhədi olan, 144 milyon əhaliyə sahib Rusiyada koronavirus daşıyıcılarının sayı 1 534, qurbanlarının sayı isə 8 nəfərdir. 
Xəbər 115 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR