Əhalinin banklardakı əmanəti 8 milyard manatı ötüb

Əhalinin banklardakı əmanəti 8 milyard manatı ötüb

2018-ci il oktyabr ayının 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz artaraq 8 milyard 199,1 milyon manat təşkil edib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, əmanətlərin 62,6 faizi xarici, 37,4 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə, xarici valyutada əmanətlər isə 1,8 faiz artıb.2018-ci il oktyabr ayının 1-nə isə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 302,4 milyon manat təşkil edib, onun 9 milyard 838,9 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 14,2 faizini təşkil edib.
 
Aktual.az
Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR