Əhali ən çox nəyə pul xərcləyib? (SİYAHI)

Əhali ən çox nəyə pul xərcləyib? (SİYAHI)

2022-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 11 milyard manatlıq, o cümlədən 6,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Aktual.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6 faiz, qeyri-ərzaq malları üzrə 3,7 faiz artıb.

Hesabat rübündə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,5 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,2 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 faizi avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 14,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Xəbər 370 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR