Əfv Komissiyası bu gün işini yekunlaşdıra bilər

Əfv Komissiyası bu gün işini yekunlaşdıra bilər

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bugünkü iclasda əfvlə bağlı sonuncu müraciətlərə baxılması nəzərdə tutulub. Belə ki, komissiyanın üzvü Rəşad Məcid son iclasdan sonra Trend-ə açıqlamasında bildirmişdi ki, Əfv Komissiyasının işi növbəti iclasdan sonra yekunlaşacaq.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 1200-dən artıq müraciətə baxıb.
 
Aktual.az
Xəbər 340 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR