Əfqanıstanda terror aktında 15 nəfər həlak olub, onlarla insan yaralanıb

Əfqanıstanda terror aktında 15 nəfər həlak olub, onlarla insan yaralanıb
  • DÜNYA

Əfqanıstanın mərkəzi hissəsindəki Qazni əyalətində törədilmiş terror aktı nəticəsində 15 dinc sakin həlak olub, daha 20 nəfər xəsarət alıb.

Bu barədə "Report” "Anafolu” agentliyinə istinadən xəbər verir.
Əfqanıstanın Daxili İşlər Nazirliyinin mətbuat katibi Tarık Aryen jurnalistlərə bildirib ki, partlayış Qeylan rayonunun Aqujan kəndində baş verib.
Terrorçular xətm (Quran oxunma -red) mərasiminin iştirakçıları yaxınlığında minalanmış üçtəkərli motosikleti partladıblar.
Terror aktına görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.
Xəbər 247 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR