Əfqanıstan baş nazirinin müşaviri güllələnərək öldürülüb

Əfqanıstan baş nazirinin müşaviri güllələnərək öldürülüb

Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətində "Taliban” silahlılarının hücumu nəticəsində azı 4 polis əməkdaşı ölüb, 4-ü yaralanıb.

"Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsindən məlumat verilib.
Bildirilib ki, "Taliban” mayın 27-də gecə saatlarında Paktiya əyalətində nəzarət-keçid məntəqəsinə hücum edib. Nəticədə azı 4 polis əməkdaşı ölüb, 4-ü yaralanıb.
Bundan başqa, Əfqanıstan baş nazirinin müşaviri Nur Məhəmməd Arab Kunduz şəhərində naməlum silahlılar tərəfindən güllələnərək öldürülüb. 
Hadisə nəticəsində onun mühafizəçilərindən biri də yaralanıb. 
Xəbər 70 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR