Ədalət Vəliyev Elşən Musayevlə görüşdü

Ədalət Vəliyev Elşən Musayevlə görüşdü

Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev ilə görüş keçirib
Ölkə başçısının tapşırığı ilə partiyalararası dialoqun daha da genişləndirilməsi və siyasi plüralizmin daha da şaxələnməsi istiqamətində tədbirlər davam etdirilir.
Aktual.az  XALQ.AZ-a istinadən xəbər verir ki, bu çərçivədə iyul ayının 23-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev arasında görüş keçirilib.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, düşmənə qarşı siyasi həmrəylik, koronavirus infeksiyasına qarşı mübarizə, pandemiya dövründə dövlət tərəfindən korrupsiyaya qarşı görülən tədbirlər, siyasi partiyaların fəaliyyəti, habelə Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatlılığı ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.
Səmərəli keçən müzakirələrdə qeyd olunub ki, erməni seperatçılarının Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları və etnik zəmində təxribatları hələ 1988‑ci ildən açıq formada təzahür etməyə başlayıb və bu gün də davam etməkdədir. Torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqla yanaşı, dövlət sərhədində hər gün yeni münaqişə ocaqları yaratmaqla məsələnin həllində qeyri-konstruktiv mövqe nümayiş etdirir.
Ə.Vəliyev erməni silahlı qüvvələrinin iyul ayının 12-də Azərbaycan mövqelərinə gözlənilməz zərbəsini növbəti təxribat adlandıraraq düşmənə layiqli cavab verildiyini diqqətə çatdırıb. Mövcud vəziyyətin Azərbaycanın tam nəzarətində olduğunu bildirən Ə.Vəliyev düşmənin Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi, eləcə də aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün görülməli olan tədbirlər ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti tərəfindən iyul ayının 20‑də sərəncam imzalandığını vurğulayıb. Şöbə müdiri qeyd edib ki, bununla bağlı artıq səriştəli ekspert və mütəxəssislərdən ibarət işçi qrup yaradılıb və hazırda hadisənin baş verdiyi yerlərdə müayinələr aparılaraq dəymiş ziyanın qiymətləndirilməsi həyata keçirilir, nəticəsinə əsasən tədbirlər planı hazırlanaraq dövlət başçısına təqdim olunacaq.
Ə.Vəliyev həmçinin Ermənistanın hazırkı rəhbərliyinin Azərbaycanın beynəlxalq arenada əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşdığını ifadə edərək BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə əlaqədar ölkə başçısının təklifini 130-dan çox ölkənin dəstəklədiyini, lakin Ermənistanın bu təşəbbüsün əleyhinə çıxaraq özünü dünyadan təcrid etdiyini və anlaşılmaz mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.
E.Musayev Azərbaycanın müstəqillik tarixində ilk dəfə 43 siyasi partiyanın birlikdə və 4 siyasi partiyanın ayrı-ayrılıqda bəyanat verərək Ali Baş Komandana dəstək olmasını düşmənə qarşı mübarizədə mühüm addımlardan biri olduğunu qeyd edib. O bildirib ki, təcavüzkar ölkə işğal etdiyi torpaqları geri qaytarmağa məhkumdur və bununla əlaqədar belə mənasız provokasiyalara əl atır.
Görüşdə ölkə başçısının koronavirus pandemiyası ilə mübarizədə həyata keçirdiyi ardıcıl tədbirlər hesabına uğurlar əldə edildiyi, pandemiya dövründə dövlət üçün prioritet məsələnin insanların sağlamlığı və onların sosial müdafiəsi olduğu qeyd edilib, eləcə də Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3,5 milyard manatdan artıq sosial-iqtisadi dəstək paketinin qəbul edilməsinin əhəmiyyəti önə çəkilib.
Xəbər 907 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR