Ebru Gündeş ABŞ-da həbsdə olan həyat yoldaşı ilə görüşüb

Ebru Gündeş ABŞ-da həbsdə olan həyat yoldaşı ilə görüşüb

Türkiyəli müğənni Ebru Gündeş həbsdə olan həyat yoldaşı Rza Zərrabla görüşüb.

"Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, sənətçi iki həftə əvvəl meneceri və qızı ilə birlikdə R.Zərrabla görüşmək üçün Nyu-Yorka gedib.
E.Gündeş həyatının risk altında olduğunu düşünərək bu vaxta qədər yoldaşının görüşmə təklifini rədd edirdi. Bir müddət əvvəl cütlüyün boşanacağı haqqında xəbərlər yayılmışdı. Ancaq Rza Zərrabın boşanmaq istəmədiyini söyləyən mənbələr Ebru Gündeşin də görüşdən sonra bu fikirdən daşındığını deyir.
Xatırladaq ki, Rza Zərrab ötən il martın 21-də ABŞ-ın Mayami şəhərində həbs edilib. O, ABŞ prokuroru Preet Bhararanın apardığı istintaq çərçivəsində çirkli pulların yuyulması, bank dələduzluğu və İrana qarşı həyata keçirilən sanksiyaları pozmaqda ittiham olunur.
 
Aktual.az
Xəbər 594 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR