Ebola Konqoda 1553 nəfəri öldürdü

Ebola Konqoda 1553 nəfəri öldürdü

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı ötən ilin iyul ayından bu günə kimi 1553 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib. Bundan öncə isə rəsmi açıqlamaya görə, 1506 nəfər bu virusdan ölmüşdü.
Hazırda Konqoda tüğyan edən Ebola virusu ilk dəfə 2018-ci il iyulun sonunda qeydə alınıb.
Daha öncə Ebola virusu Qərbi Afrikada 2015-ci ildə baş qaldırıb və əsasən Qvineya, Siyera-Leone və Liberiyanı əhatə edib.


Aktual.az
Xəbər 376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR