Dövriyyədə olan nağd pul kütləsinin həcmi artıb

Dövriyyədə olan nağd pul kütləsinin həcmi artıb

Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi 2018-ci il avqustun 1-nə 7 987,6 mln. manat təşkil edib.


"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, dövriyyədə olan nağd pul kütləsinin həcmi iyulda əvvəlki ayla müqayisədə 173,1 mln. manat və ya 2,2% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə nağd pul kütləsinin həcmində 508,0 mln. manat və ya 6,8% artım qeydə alınıb.

Qeyd edək ki, dövriyyədə olan nağd pulun Azərbaycanda maksimal həddi 2014-cü ilin iyul ayında 11 144,4 mln. manat həcmində olub. 2018-ci il avqustun 1-nə açıqlanan göstərici tarixi maksimumdan 3 156,8 mln. manat və ya 28,3% aşağıdır.

AMB-nin məlumatına görə, avqustun 1-nə dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 79,2% təşkil edib.

 
Aktual.az
Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR