Dövlət qulluğuna qəbul imtahanı keçirildi

Dövlət qulluğuna qəbul imtahanı keçirildi

İnzibati vəzifələrin A növünə aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu imtahanda 15 mart 2020-ci il tarixində keçirilməsi nəzərdə tutulan, lakin pandemiyaya görə təxirə salınan test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər (76 nəfər), həmçinin 21-30 iyul tarixləri arasında imtahana yazılmış 21 nəfərin iştirakı nəzərdə tutulurdu.

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq, üç saat müddətində aparılıb.

İmtahanda 83 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB3 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə 1 nəfər, AC2 altqrupu üzrə 2 nəfər, AC3 altqrupu üzrə 6 nəfər, AC4 altqrupu üzrə 6 nəfər olmaqla, ümumilikdə 16 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək, uğur qazanıb. 

Bir nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric olunub.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti beş ildir.
Xəbər 131 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR