Dövlət Departamenti Baydenin Putinlə nə danışacağını açıqladı

Dövlət Departamenti Baydenin Putinlə nə danışacağını açıqladı

ABŞ prezidenti Co Bayden və rusiyalı həmkarı Vladimir Putin arasında 16 iyunda keçirilməsi planlaşdırılan Cenevrə görüşündə insan haqları, Aleksey Navalnı və Rusiyada həbs olunan amerikalılarla bağlı vəziyyət barədə söhbət olacaq.

Aktual.az xəbər verir ki, bu haqda Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlərə açıqlamasında bildirib.

Praysa görə, bu mövzulara şübhəsiz ki, zirvə zamanı toxunulacaq. Dövlət Departamentinin sözçüsü ayrıca qeyd edib ki, Bayden mütləq "Amerikanın dünyadakı tərəfdaşları və müttəfiqlərini təhdid edən Moskvanın hərəkətləri ilə əlaqədar ABŞ-ın narahatlığını" elan edəcək.

Bundan əvvəl KİV mənbələrə istinad edərək, Baydenin Putinlə "diplomatik münasibətləri normallaşdırmaq" barədə də danışmaq niyyətində olduğunu bildirmişdi.

Xatırladaq ki, Aleksey Navalnının qərargahı Rusiyada fəaliyyəti qadağan olunan ekstremist təşkilatlar kimi tanınır.

Xəbər 204 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR