Dövlət agentliyinin Ağsuda qəzada ölən və yaralanan əməkdaşlarının adları məlum oldu

Dövlət agentliyinin Ağsuda qəzada ölən və yaralanan əməkdaşlarının adları məlum oldu

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) qəzaya uğrayan əməkdaşlarının adları məlum olub.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, hadisə Ağsu aşırımında qeydə alınıb. AAYDA-nın yollara nəzarət edən avtomobili idarəetməni itirərək yoldan çıxıb və aşıb. Hadisə nəticəsində AAYDA-nın əməkdaşları-Abşeron rayonu, Qobu qəsəbə sakini, 1987-ci il təvəllüdlü Rüstəmov Tahir Kamil oğlu və Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Abdullayev Rasim Rüstəm oğlu ağır bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
T. Rüstəmov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 233 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR