Düşmənin saldığı ponton körpüdən Kiyevə keçməsinə imkan verilmədi - Peyk çəkilşi

Düşmənin saldığı ponton körpüdən Kiyevə keçməsinə imkan verilmədi - Peyk çəkilşi

Ukrayna hərbçiləri Rusiya hərbi texnikasının Qostomel yaxınlığındakı ponton körpüsüylə İrpen çayını keçmək cəhdinin qarşısını alıblar.

Qaynarinfo CNN-ə istinadla xəbər verir ki, bu məlumatı Maxar Technologies-in yeni peyk görüntüləri təsdiq edir.

Körpü ilk dəfə cümə axşamı, martın 10-da Maxar peyk görüntülərində üzə çıxıb. Martın 13-də yerləşdirilən əlavə fotoda dağıdılmış ponton körpüsü və yaxınlıqda dayanan Rusiya hərbi texnikası əks olunub.

İrpində olan Ukrayna hərbçiləri Rusiyanın Ukrayna paytaxtına doğru irəliləməsini indiyədək dəf edib. İrpin çayı üzərindəki əsas körpü Rusiyanın irəliləyişinin qarşısını almaq üçün dağıdıldığı üçün çay rus ordusuna böyük maneə yaradır.

Ponton körpüsü İrpin çayı üzərindəki əsas körpüdən təxminən səkkiz kilometr şimalda açıq sahədə yerləşirilib.

Bu, rusların nəqliyyat vasitələrinin hərəkəti üçün ponton körpüsü saldığı ikinci məlum yerdir. İşğal başlamazdan əvvəl Rusiya Çernobılın qadağa zonasında Pripyat çayı üzərində ponton körpüsü salıb, sonra isə onun üzərindən onlarla hərbi texnika keçirib.

Xatırladaq ki, daha əvvəl İrpində rus işğalçıları "New York Times” qəzetinin müxbirini güllələyib, daha bir jurnalist yaralanıb. İndi təhlükəsizlik məqsədiylə jurnalistlərin şəhərə girişi qadağan edilib.
Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR