Dünyanın ən gözəl qadını seçildi

Dünyanın ən gözəl qadını seçildi

"Nubia” jurnalı dünyanın ən gözəl qadınını müəyyən etmək üçün səsvermə keçirib.

Aktual.az xəbər verir ki, səsvermədə 116 ölkədən bir milyondan çox insan iştirak edib.

Beş aylıq sorğuda respondentlərin çoxu cənubi koreyalı model, aktrisa və müğənni Kim Jisunun ən cazibədar qadın olduğunu bildiriblər.

Onun lehinə 500 minə yaxın insan səs verib.

İkinci yerdə tayvanlı müğənni və "Twice” qrupunun solisti Çjou Tzuyu qərarlaşıb. İlk üçlüyü isə taylandlı müğənni, reper və rəqqasə Lalisa Manoban qapayıb.

Qeyd edək ki, bir müddət öncə jurnal 2022-ci ildə dünyanın ən yaraşıqlı kişisini də müəyyənləşdirib. Bu ada çinli aktyor Syao Çjan layıq görülüb. O, 4 milyon səsdən təxminən 2,2 milyonunu qazanıb.
Xəbər 223 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR