Dünyanı silkələyən açıqlama: ABŞ-la DÖYÜŞƏCƏYİK, əgər...

Dünyanı silkələyən açıqlama: ABŞ-la DÖYÜŞƏCƏYİK, əgər...
  • DÜNYA

ABŞ danışmaq istərsə danışacağıq, döyüşmək istərsə də döyüşəcəyik.

Aktual.az publika.az-a istinadən xəbər verir ki, bunu ABŞ-Çin ticarət müharibəsini şərh edən Birləşmiş Millətlər Təşkilatında (BMT) Çinin daimi nümayəndəsi Zhang Jun deyib.
Çinin hüquqlarını qoruması üçün bütün lazımi tədbirləri görəcəyini ifadə edən diplomat Pekinin mövqeyinin bəlli olduğunu bildirib. O, ABŞ-ı ticarətdəki gərginliyin aradan qaldırılması üçün düzgün həll yolu tapmağa çağırıb.
Qeyd edək ki, avqustun 1-də ABŞ prezidenti Donald Tramp sentyabrın 1-dən etibarən daha 300 milyard dollarlıq Çin malına 10 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. Çinin Kommersiya Nazirliyi isə Çinlə ABŞ arasında qarşılıqlı rüsumların tətbiqinin nəticələri ilə bağlı bütün məsuliyyətin ABŞ-ın üzərinə düşdüyünü bəyan edib.
Bu addımın Osakadakı G-20 sammitində əldə olunmuş ikitərəfli razılaşmadan geri addım olduğunu qeyd edən nazirlik ABŞ tərəfinin ticarətdə gərginliyi artırmasının dünya iqtisadiyyatına mənfi təsir göstərəcəyini vurğulayıb: "Ticarət müharibəsində qaliblər ola bilməz".

Xatırladaq ki, bu ilin may ayında ABŞ hökuməti 200 milyard dollarlıq Çin malına rüsumları 10 faizdən 25 faizə qaldırmış, Çin hökuməti isə bu il iyunun 1-dən 60 milyard dollarlıq ABŞ malına rüsum tətbiq etdiklərini bildirmişdi. İyul ayının axırında Osakada keçirilmiş G-20 sammitində iki ölkə liderlərinin görüşü zamanı ABŞ prezidenti məqbul ticarət razılaşmasına hazır olduqlarını bildirmişdi.
Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR