Dünyada yoxsul insanların sayı açıqlanıb

Dünyada yoxsul insanların sayı açıqlanıb
  • DÜNYA

Dünyada, təxminən, 1,3 milyard insan yoxsuldur. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu qənaətə BMT, Dünya Bankı və Beynəlxalq Valyuta Fonbdu birgə apardıqları araşdırma nəticəsində gəlib.
Araşdırmanın nəticəsinə görə, dünyadakı yoxsulların, təxminən, yarısının yaşı 18-ə qədər, 1/3-nin yaşı isə 10-a qədərdir. 
Dünyada yoxsulluq baxımından ən pis vəziyyət Liberiyadadır. Bu ölkədə adambaşına illik gəlir cəmi 710 ABŞ dollarıdır. Növbəti yerlərdə Mərkəzi Afrika (730 dollar) və Burundi (770 dollar) qərarlaşıb. 
Araşdırma müəllifləri həm də dünyada 820 milyondan çox insanın qida çatışmazlığından əziyyət çəkdiyini üzə çıxarıb. 




Xəbər 571 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR