Dünyada pandemiya ilə bağlı son statistika

Dünyada pandemiya ilə bağlı son statistika
  • DÜNYA

Dünyada COVID-19-a yoluxanların sayı 83,91 milyon nəfəri ötüb.


Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 83 910 386 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 1 839 660 insan ölüb.

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 583 907 nəfər təşkil edib. Son sutkada mülaicə alan daha 7 957 pasiyent təhlükəli infeksiyadan ölüb.

Son 24 saat ərzində infeksiyaya yoluxanların 57 faizindan çoxu Şimali və Cənubi Amerikada (337 231), daha sonra Avropada (173 812), ardından isə Cənub-Şərqi Asiyada (26 868) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər 46 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR