Dünyada koronavirusa yoluxanların sayı 400 min nəfəri ötdü

 Dünyada koronavirusa yoluxanların sayı 400 min nəfəri ötdü

Dünyada koronavirusa yoluxanların ümumi sayı altı gündə iki dəfə artıb.

"Report” un xəbərinə görə, bu barədə məlumatı "TASS” agentliyi yayıb.
Qeyd olunub ki, agentliyin müxbirləri tərəfindən xəstəlik hallarının qeydə alındığı ölkələrdə hakimiyyət və ekspertlərin rəsmi açıqlamaları əsasında toplanılan statistik məlumatlara əsasən dünyada virusa yoluxanların sayı 400min nəfəri ötüb.
Pandemiyanın yayılması da sürətlənir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada cəmi 334 981nəfər virusa yoluxub, onlarında 4,37% -i ölüb - 14 652 nəfər.
Lakin, ÜST-ün statistikası ərazilərində COVID-19 qeydə alınan dövlətlərin səlahiyyətlərinin açıqladığı rəqəmlərdən geri qalır. Təkcə martın 18-dən bu yana dünyada koronavirusa yoluxanların sayı 200 mindən 400 min nəfərədək artıb.
Belə ki, hazırda koronavirus daşıyıcılarının sayı 403 868 nəfərdir. Onların 18 221-i dünyasını dəyişib. 
Hal hazırda yoluxma halları 150-dən çox ölkədə qeydə alınıb. Bu ərazilərdə dünya əhalisinin 75% -dən çoxu yaşayır.
Xəbər 63 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR