Dünyada ilk insan H10N3 quş qripinə yoluxdu: Bu da Çində...

Dünyada ilk insan H10N3 quş qripinə yoluxdu: Bu da Çində...

Çinin şərqindəki Szyansu əyalətində insanlarda quş qripinə yoluxma hadisəsi qeydə alınıb.

Aktual.az bildirir ki, Çin Xalq Respublikasının Dövlət Gigiyena və Sağlamlıq Komitəsinin verdiyi məlumata görə, Çjenszyan şəhərindən olan 41 yaşlı bir kişi aprel ayının sonunda yüksək qızdırmadan və sağlamlığının pisləşməsindən şikayətlənib.

Xəstəyə H10N3 quş qripi diaqnozu qoyulub. O, artıq demək olar ki, sağalıb. Onunla təmasda olan bütün insanlar həkimlərin nəzarəti altındadır.

H10N3 genomunun əvvəlki təhlili virusun insanları yoluxdurmaq qabiliyyətinə malik olmadığını deyilirdi.
Xəbər 336 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR