Dünyada ən yüksək əmək haqqı olan şəhərlərin reytinqi tərtib olunub - TOP-10

Dünyada ən yüksək əmək haqqı olan şəhərlərin reytinqi tərtib olunub - TOP-10

"Deutsche Bank"ın mütəxəssisləri dünyada ən yüksək əmək haqqı olan şəhərlərin reytinqini tərtib edib.


ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, reytinqin ilk pilləsində aylıq əmək haqqı 6,5 min dollar təşkil edən San-Fransisko (ABŞ) qərarlaşıb. Bu şəhər reytinqdə 7 pillə irəliləyərək uzun illər siyahıya liderlik edən Sürixi (İsveçrə) qabaqlayıb. Sürix isə 5,9 min dollarla reytinqin ikinci pilləsinə düşüb. Siyahının üçüncü yerinə isə ABŞ-ın daha bir şəhəri – Nyu-York (4,6 min dolar) layiq görülüb.

Ən yüksək əmək haqqı olan şəhərlərin reytinqi:

# Şəhər Ölkə Əmək haqqı, $
1 San-Fransisko ABŞ 6 500
2 Sürix İsveçrə 5 900
3 Nyu-York ABŞ 4 600
4 Boston ABŞ 4 300
5 Çikaqo ABŞ 4 000
6 Sidney Avstraliya 3 600
7 Oslo Norveç 3 246
8 Kopenhagen Danimarka 3 190
9 Melburn Avstraliya 3 180
10 London Böyük Britaniya 2 900
Xəbər 294 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR