Dünya ulduzları “Avroviziya 2019” müsabiqəsini boykot etməyə çağırdı

Dünya ulduzları “Avroviziya 2019” müsabiqəsini boykot etməyə çağırdı

Dünya şou-biznesinin 140-dan artıq nümayəndəsi İsraildə keçiriləcək "Avroviziya 2019” mahnı müsabiqəsini boykot etməyə çağırış edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, müraciətə Böyük Britaniyanın məşhur "Pink Floyd” qrupunun solisti olmuş Rocer Uoters, bəstəkar Brayan İno, danimarkalı rejissor Nils Vest, "Avroviziya” müsabiqəsində müxtəlif illərdə iştirakçı olan müğənnilər və 1994-cü ildə bu müsabiqənin qalibi adını almış irlandiyalı müğənni Çarlz Makgettiqan da imza atıb.

 

Sənət adamları İsraildə keçirilcək yarışların fələstinlilərin hüquqlarının pozulmaqda davam etməsi ilə əlaqələndirirlər.

 
Aktual.az
Xəbər 486 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR