Dünya səması Rusiya təyyarələrinin üzünə bağlanır: ABŞ-da bəyan etdi

Dünya səması Rusiya təyyarələrinin üzünə bağlanır: ABŞ-da bəyan etdi

ABŞ Rusiyanı hava məkanından tamamilə təcrid etmək üçün öz tərəfdaşları ilə qüvvələri birləşdirəcək.

Qaynarinfo xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden ABŞ Konqresinə müraciətində deyib.

"Rusiya mərkəzi banklarının maliyyə əməliyyatlarında iştirakının qarşısını almaq, onların maliyyə sistemini məhv etmək üçün sanksiyalar tətbiq etməyə davam edəcəyik. Biz Rusiyanın texnologiyaya, iqtisadi gücə çıxışını kəsməyə çalışırıq ki, onların silahlı qüvvələri də mümkün qədər zəif olsun”, - o vurğulayıb.
Bayden rus oliqarxlarının "öz qəddar rejimlərindən minlərlə, milyonlarla dollar topladığını” qeyd edərək, ABŞ Ədliyyə Nazirliyinin buna son qoyacağını qeyd edib.

"Bu, bir daha təkrarlanmayacaq. Buna son qoyulmalıdır. ABŞ, Ədliyyə Nazirliyi - bizim aydın məqsədimiz var ki, rus oliqarxlarının yaxtalarını, dəbdəbəli mənzillərini, əmlaklarını ələ keçirmək üçün onları təqib edək", - ABŞ prezidenti vurğulayıb. 

O, ABŞ-ın hava məkanını Rusiya təyyarələrinin üzünə bağlayacağını da bildirib.

"Bu gün elan edirəm ki, biz tərəfdaşlarımızla qüvvələrimizi birləşdirəcək və Rusiya hava məkanından tamamilə təcrid olunacaq. O, sivil dünyanın bütün faydalarından təcrid olunacaq", - Bayden vurğulayıb.

UNIAN-ın xəbərinə görə, daha əvvəl Avropa İttifaqında bütün üzv ölkələr Rusiya aviaşirkətləri üçün hava məkanını bağlayıb.
Xəbər 493 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR