Dünya çempionu kosmosa uçacaq

Dünya çempionu kosmosa uçacaq
  • DÜNYA

Boks üzrə ağır çəkidə hazırkı dünya çempionu Tayson Fyuri kosmosa uçmağı planlaşdırır.

"Report"un məlumatına görə, britaniyalı idmançı bu barədə "The Sun" nəşrinə açıqlamasında deyib.
32 yaşlı boksçu bildirib ki, bu, onun çoxdankı arzusudur: "Həmişə aya baxıb, nə vaxtsa ora uçmaq istədiyimi düşünmüşəm. Bu il bir şirkətdən kosmik səyahətə yazılma fürsəti yarandı. Hesab edirəm ki, 2021-ci ilin ortalarında uçacağıq. Siyahıda birincilərdən olacağam. Ümid edirəm ki, alınacaq. Çünki gözləyə bilmirəm".
Qeyd edək ki, indiyədək peşəkar rinqdə 31 döyüş keçirən Tayson Fyuri cəmi bir dəfə heç-heçə edib. O, digər bütün görüşləri qələbə ilə başa vurub.
Xəbər 103 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR