Dünya bazarında neftin qiyməti 70 dolları ötüb

Dünya bazarında neftin qiyməti 70 dolları ötüb

İran İnqilab Keşikçiləri Qvardiyasının ("Sepah”) "Quds” qanadının komandanı general Qasım Süleymaninin öldürülməsi və bununla bağlı baş verən hadisələr dünya bazarında neftin qiymətinin kəskin artmasına səbəb olub. 

"Report” CNN-ə istinadən xəbər verir ki, bu gün qlobal bazarlarda "Brent” markalı xam neft daha 2,4% bahalaşaraq 70,24 dollar/barelə çatıb.
Bu isə son 6 aydan çox müddətdə ən yüksək göstərici hesab edilir. ABŞ-ın WTI markalı xam nefti də bahalaşıb. Belə ki, son rəqəmlər WTI-ın qiymətinin 2,1% yüksələrək 64,36 dollar/barelə çatdığını göstərir.
Qeyd edək ki, Qasım Süleymani yanvarın 3-də İraqın paytaxtı Bağdadda ABŞ-ın hava zərbələri nəticəsində öldürülüb. Bu hadisədən sonra dünya bazarında xam neftin qiyməti orta hesabla 3% yüksəlmişdi.
Xəbər 491 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR