Prezident vəzifəli şəxsləri İranla sərhəddə göndərib - YENİLƏNİB

Prezident vəzifəli şəxsləri İranla sərhəddə göndərib - YENİLƏNİB

Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifəli şəxsləri və mütəxəssislər İran İslam Respublikası ilə dövlət sərhədində yerləşən "Astara” və "Biləsuvar” buraxılış məntəqələrinə səfər ediblər. 

Bu barədə Aktual.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 
Səfər çərçivəsində son vaxtlar İran İslam Respublikasında müşahidə olunan "koronavirus” epidemiyasına qarşı dövlət sərhədindən buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin gücləndirilməsi, bu xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyəsi üzrə hazırlığın vəziyyəti nəzərdən keçirilmişdir.
Gücləndirilmiş iş rejimində fəaliyyət göstərən dövlət sərhədindən bura­xılış məntəqələrində ölkə ərazisinə daxil olan şəxslərin bədən həra­rətinin xüsusi avadanlıqlar vasitəsilə yoxlanıl­ması, əlavə tibbi personalın və təcili tibbi yardım avtomobillərinin birbaşa postların ərazisinə cəlb olunması və 24 saat növbəli rejimdə fasıləsiz olaraq fəaliyyət göstərmələrinin monitorinqi keçirilmişdir.
Müzakirələr zamanı bu günədək xəstəliyə yoluxma ilə bağlı şübhə­lərin olmaması nəzərə alınmaqla gələcəkdə ehtimal olunan riskli hallarda birgə fəaliyyətin koordinasiya edilməsi məsələləri üzrə fikir mübadiləsi aparılmış, dövlət sərhədindən keçən şəxslərin bu epidemiya barədə maarifləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilmişdir.
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev koronavirusla bağlı Biləsuvar sərhəd-keçid məntəqəsinə baş çəkib.
Bu barədə "Report"un əraziyə ezam olunan əməkdaşı məlumat verib.
E.Quliyev deyib ki, hazırda təhlükəsizlik tədbirləri davam etdirilir: "Azərbaycan ərazisində koronavirus halı müşahidə olunmayıb, bu səbəbdən həyacana və panikaya əsas yoxdur. Hazırda təhlükəsizlik tədbirləri davam etdirilir. Hər şey nəzarət altındadır".
DSX rəisi daha sonra Astara sərhəd-keçid məntəqəsinə yollanıb.
"Report"un əməkdaşı bildirir ki, İranda yaranmış vəziyyətlə bağlı Azərbaycan profilaktik tədbirlərini həyata keçirir. Bu tədbirlərin davamı olaraq Biləsuvar və Astara gömrük-keçid məntəqələrində profilaktika işləri aparılır. İnsanların İrandan Azərbaycana gətirdiyi ərzaq məhsullar 3 gün ərzində xüsusi laboratoriyadan keçirdikdən sonra vətəndaşlara qaytarılacaq.




Xəbər 149 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR