DSMF-nin bu il əhaliyə ödədiyi vəsait açıqlandı

DSMF-nin bu il əhaliyə ödədiyi vəsait açıqlandı

Yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə əhaliyə 2,2 mlrd. manata yaxın vəsait ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Aktual.az-a verilən xəbərə görə, Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2022-ci ilin yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 2 mlrd.188 mln. manat vəsait ödənilib.

Bu da ötən ilin eyni dövrünə nisbətən 8 faiz və ya 162,5 mln. manat çoxdur.

Xatırladaq ki, sosial islahatların yeni mərhələsi kimi, cari ilin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin olunub.
Xəbər 325 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR