Bu sualla Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı çıxış edib.
O imkanlı təbəqə xaricində, əmək qabiliyyətli işləyən təbəqədə ödənilən sığortanın haqqı ilə vətəndaşa xərclənəcək sığortanın maksimal həddə təsir edib -etməyəcəyi məsələsinə də toxunub: "Yəni, 10 min manat maaş alanla 300 manat maaş alan vətəndaş arasında fərq olacaqmı? Bilirik ki, Konstitusiyanın 149-cu maddəsində deyilən bərabər mənafelərə bərəbar münasibət konteksində olan prinsiplərin nəzərə alınaraq qərarların verilməsi daha doğru olar”.
Deputat bildirib ki, insanları narahat edən problemlərdən biri də işləməyən şəxslərin ailə üzvlərinin sığorta haqqıdır: "Bunun cavabının qısa müddət içərisində tapılması gələcək işin daha da planlı şəkildə həyata keçirilməsinə kömək edəcək. Standart sığorta ödəməsi xaricində xəstə istəyinə uyğun seçim zamanı xəstəxana və həkim timsalında rəsmi ödəmələrin nəzərdə tutulması çox vacibdir ki, bunun da kölgə iqtisadiyyatının qarşısının alınmasında bizə kömək edəcəyi düşüncəsindəyəm”.