Donald Tramp milli təhlükəsizlik üzrə yeni müşavirinin adını açıqlayıb

Donald Tramp milli təhlükəsizlik üzrə yeni müşavirinin adını açıqlayıb
  • DÜNYA

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə yeni müşaviri Robert O’Brayen olacaq.

"Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Twitter” səhifəsində yazıb.
"Hazırda Dövlət Departamentində girovlarla iş üzrə prezidentin xüsusi elçisi kimi uğurla çalışan Robert O’Brayeni milli təhlükəsizlik üzrə yeni məsləhətçimiz olaraq təyin edəcəyimi elan etməkdən məmnunam. Robert ilə çoxdan və uzun müddət işləmişəm. O, işinin öhdəsindən əla gələcək”, – D.Tramp yazıb.
Xatırladaq ki, ABŞ prezidenti milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu ötən həftə istefaya göndərib.
Xəbər 313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR