Donald Tramp: "İranda rejimi dəyişməyə cəhd göstərmirik"

Donald Tramp:

"İranda rejimi dəyişməyə cəhd etmirik, biz onların nüvə silahına malik olmamalarına çalışırıq”.

"Report” "Associated Press”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mayın 27-də Tokioda Yaponiyanın Baş naziri Sinzo Abeilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib.
Bir müddət əvvəl ABŞ prezident bildirmişdi ki, İran ABŞ-la danışıqlar aparmaq niyyətində olsa, Vaşinqton bu təklifi müsbət qarşılayacaq.
İranın Xarici İşlər naziri Cavad Zərif isə qeyd edib ki, Tehran müharibə istəmir və ABŞ-la silahlı münaqişədən yayınmaq olar.
Xəbər 108 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR