"Doğma Qarabağımız yenidən dirçəlir" - DEPUTAT ŞƏRH ETDİ


"İnsanların, əziz həmvətənlərimizin öz doğma el-obalarına qayıdışı bizi ürəkdən sevindirir. "Böyük Qayıdış” artıq sözün gerçək anlamında reallaşır. Zəngilanın Ağalı kəndinə 44 nəfərdən ibarət 10 ailənin də köçməsi məhz həmin qəbildəndir. Bəli, doğma Qarabağımız yenidən dirçəlir, insan nəfəsinə qovuşur və öz əzəli sahiblərini yenidən qarşılayır. Mən Ağalıda bir dəfə olmuşam. Bu kənd möhtəşəm qurulub, yenidən inşa edilib”.

Aktual.az xəbər verir ki, bu sözləri SİA-ya açqılamasında deputat Elşən Musayev deyib.

Onun sözlərinə görə, hələ o zaman tikinti və yenidənqurma işləri yeni bitmişdi: "İndi yəqin daha da gözəlləşib, daha da dəyişib.
Dövlətimiz Qarabağda çox böyük işlər görür. Bütün güc, resurslar səfərbər olunub ki, dəyərli həmvətənlərimiz 30 il boyunca didərgin düşdükləri yurdlarına tez qayıtsınlar. Və artıq qayıdırlar. Məskunlaşırlar. Öz əzəli torpaqlarında yaşayırlar. Məhz daimi yaşayırlar! 







 
 






Xəbər 15071 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR