Dollar dünya valyutalarına qarşı ucuzlaşır

Dollar dünya valyutalarına qarşı ucuzlaşır

Koronavirusa qarşı peyvənd ətrafında davam edən nikbinliklə əlaqədar ABŞ dolları əksər əsas qlobal valyutalara qarşı zəifləyir.

"Report” "Prime”yə istinadən xəbər verir ki, bunu sövdələşmə məlumatları göstərir.
Bakı vaxtı ilə saat 14:28-ə olan duruma görə, avronun dollara nisbətən məzənnəsi əvvəlki bağlanış səviyyəsi olan 1,2248-dən 1,2281-ə yüksəlib. Dolların yenə nisbəti əvvəlki 103,1 səviyyəsindən 102,81-ə düşüb. Dollar indeksi (ABŞ-ın əsas ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə qarşı dollar nisbəti) 0,22 % azalaraq 89,67 bəndə düşüb.
Dollar artıq ardıcıl dördüncü ticarət sessiyasında əsas dünya valyutalarına qarşı enməyə davam edir. Bundan əvvəl dollar indeksi 2018-ci ilin aprelindən bəri ən aşağı həddə çatıb. Treyderlərin koronavirusa qarşı peyvəndin tətbiqi ilə əlaqədar qlobal iqtisadiyyatın bərpası ilə bağlı ümidləri də ABŞ valyutası üzərində təzyiq yaradır.
Xəbər 180 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR