"Dini radikalizm və ekstremizm: dini, hüquqi, psixoloji yanaşma" adlı seminar keçirilib


İyulun 15-də Bakı İslam Universitetində "Dini radikalizm və ekstremizm: dini, hüquqi, psixoloji yanaşma" adlı gənclər üçün elmi seminar keçirildi. Seminarda universitetin prorektoru Elçin Həsənli, kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski, "Loqos" psixoloji və nitq inkişafı mərkəzinin transpersonal psixoloqu, aparıcı mütəxəssis İlqar Kərimov mövzu ilə bağlı gənclər qarşısında çıxış etdilər. İlk olaraq E.Talışınski radikalizmin və ekstremizmin terminoloji mənasını açıqladı, hüquqi və siyasi baxımdan hər iki məhfuma aydınlıq gətirdi. E.Həsənli dini təhsil  və maarifləndirmənin dini radikalizmin qarşısının alınmasında böyük əhəmiyyətini vurğuladı. Daha sonra İ.Kərimov gənclər üçün dini radikalizm və ekstremizmi psixoloji baxımdan geniş şərh etdi. Tədbirdə natiqlər tərəfindən dini radikalizm və ekstremizmin yaranma, yayılma metodlarına qarşı mübarizə, dövlət-din münasibətləri, dövlətin dinə və dindarlara göstərdiyi qayğı, gənclər siyasəti və bir sıra məsələlər müzakirə edildi. Bununla yanaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü din siyasətinin və QMİ-nin Gəncə hadisələri ilə bağlı bəyanatının əhəmiyyəti qeyd edildi. Seminar gənclərin mövzu ətrafında çıxışları ilə davam etdi və yaranan suallar mütəxəssislər tərəfindən cavablandırıldı. Olduqca maraqlı, interaktiv şəkildə keçən maarifləndirici elmi seminar Bakı İslam Universitetinin gənclərinin "biz dini radikalizmə yox deyirik" şüarı ilə yekunlaşdı. E.Talışınski bu mövzuya həsr olunmuş tədbirlərin BİU-da davamlı olaraq keçiriləcəyini bildirdi.
Xəbər 214 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR