DİN: Şamaxıda taxıl sahəsini yandıran iki nəfər saxlanıldı

DİN: Şamaxıda taxıl sahəsini yandıran iki nəfər saxlanıldı

 Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində avqustun 9-da 2 hektar biçilmiş taxıl sahəsində küləş yanıb. 

DİN-nin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, yanğın söndürülüb, onun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.
Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin kənd sakinləri olan iki yeniyetmə tərəfindən törədilməsi müəyyən edilib və onlar saxlanılıblar.
 
 Aktual.az
Xəbər 64 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR