DİN-dən xəbərdarlıq: "Razılaşdırılmamış aksiyaya cəhd olarsa, qarşısı alınacaq"

DİN-dən xəbərdarlıq:

"Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaya cəhd olarsa, qarşısı alınacaq".
 
Aktual.az xəbər veirr ki, bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov deyib.
 
O bildirib ki, müvafiq qurum tərəfindən aksiyaya razılıq verilməyib.

 Z.Hüseynovun sözlərinə görə, hətta qanunsuz aksiya zamanı iştirakçılar polisin tələbinə tabe olursa, ona qarşı hər hansı bir müqavimətə cəhd göstərmirsə belə olan halda polis inzibati cəza tətbiq etmir, yalnız iştirakçılar ərazidən kənarlaşdırılırlar: "Əgər aksiya zamanı iştirakçılardan hansısa polisin tələbinə tabe olmayıb ona qarşı müqavimətə cəhd göstərərsə belə şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir.
 
Yeri gəlmişkən, əgər noyabrın 11-də həmin şəxslər razılaşdırılmamış aksiyanın keçirilməsinə cəhd edərlərsə, qarşısı alınacaq və bu zaman baş verə biləcək hər hansı qanunazidd əməlin məsuliyyəti də təşkilatçıların üzərinə düşəcək".

Xəbər 164 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR