Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti Fəvvarələr meydanındakı aksiya ilə bağlı açıqlama yayıb.
Aktual.az açıqlamanı təqdim edir:
Dekabrın 15-də saat 12 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.
Cəhdin qarşısı alınaraq həmin şəxslər ərazidən uzaqlaşdırılıblar. Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanuni tələblərinə riayət etməyən bir neçə nəfər saxlanılıb və xəbərdarlıq edildikdən sonra onlar sərbəst buraxılıblar".
Xəbər 550 dəfə oxunub.