DİN axtarışda olan 26 nəfəri saxlayıb

DİN axtarışda olan 26 nəfəri saxlayıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 108 cinayət faktı qeydə alınıb, onların da 23-ü "isti izlər”lə açılıb.

DİN-in mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Gün ərzində respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.
 
Aktual.az
Xəbər 309 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR