DGK dekabrda büdcəyə ödənişləri azaldıb

DGK dekabrda büdcəyə ödənişləri azaldıb

Ötən ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 180983,6 min manat məbləğində vergi və rüsum daxil olub.


"Report”un DGK-nın statistik məlumatlarına əsasən, verdiyi məlumata görə, bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 44 396 min manat və yaxud 19,7% azdır.

Hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 18 201,2 min manat və yaxud 24,6% azalaraq 55 704 min manat olub.

Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 15 841,2 min manat və yaxid 11,92% azalaraq 117 009 min manat, aksizlər 11 044,3 min manata və ya 3,39 dəfə azalaraq 4 630,4 min manat təşkil edib.

Ötən ilin son ayında yol vergisi üzrə daxilolmalar isə 690,7 min manat və ya 23,4% artaraq 3 640,2 min manat təşkil edib.

Xatırladaq ki, 2018-ci il ərzində DGK xətti ilə büdcə daxilolmaları 3 434 062 min. manat təşkil edib. Bu, 2017-ci ilin göstəriciləri ilə müqayisədə 825 282,39 min manat və yaxud 31,6% çoxdur.

Ötən il ərzində gömrük rüsumları üzrə daxilolmalar 176 276,46 min manat və yaxud 25% artaraq 883 150,80 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 567 594,76 min manat və yaxud 32% artaraq 2 340 784,50 min manat, aksizlər üzrə daxilolmalar 76 041,5 min manat və yaxud 81% artaraq 169 964,9 min manat, yol vergisi üzrə daxilolmalar isə 5 369,67 min manat və yaxud 15,4% artaraq 40 161,80 min manat olub.

Xəbər 381 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR