Deputatlığa namizəd Günel Səfərovanın seciçiləri ilə görüşləri davam edir - FOTO

Deputatlığa namizəd Günel Səfərovanın seciçiləri ilə görüşləri davam edir - FOTO

9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Günel Səfərova seciçiləri ilə növbəti görüşünü keçirib.

Görüşdə seckilərdə iştirakın əhəmiyyəti, əhalinin problemləri, millət vəkilinin əhalinin problemlərinin həllində görə biləcəyi işlər haqqında danışılıb. Vətəndaşlar evlərinin sənədləşməsindəki problemlərdən, infrastrukturun düzgün qurulmamasından, uşaq pullarının verilməməsindən, işsizlik, pensiya yaşının artırılması və digər həlli vacib olan əhəmiyyətli problemlərdən şikayətlənib. 

Günel Səfərova secicilərin problemlərini dinləyib, onların hər problemində yanında olacağını, daim işıqlandıracağını, millət vəkili seçiləcəyi təqdirdə dairədə çoxsaylı problemin həllinə nail olacağını, seckiyə gəlməklə saxtakarlığa son qoymağın mümkün olduğunu vurğulayıb.

Eyni zamanda vətəndaşlar millət vəkillərinin onların priblemləri ilə maraqlanmadığını, formal görüşlər  keçirdiyini qeyd etdilər.

Seçicilər Günel Səfərovaya inandığını və 9 fevralda məhz ona səs verəcəklərini bildirdilər.








Xəbər 668 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR