Deputatlığa namizəd Günel Səfərova seçicilərə müraciət edib

Deputatlığa namizəd Günel Səfərova seçicilərə müraciət edib

Azərbaycanda 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkisinə 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən deputatlığa namizəd Günel Səfərova seçicilərə müraciət edib. 
 
Müraciətdə deyilir: 
 
"Əziz seçici!


Mənim platformam vətəndaşa xidmətdir, onu siz diqtə edəcəksiniz. Heç bir partiyanın üzvü deyiləm, çünki partiya qarşısında yox, vətəndaş qarşısında öhdəlik götürmək istəyirəm. Məhz buna görə də seçkilərə müstəqil namizəd kimi qatılmışam. Bitərəf də deyiləm, vətəndaşın tərəfindəyəm! Mən hakimiyyətin, nazirin, icra başçısının yox, vətəndaşın namizədiyəm! Mənə səs versəniz, mandata toxunulmazlıq sənədi kimi yox, sizin əmanətiniz kimi yanaşacam. Əmanətə isə heç vaxt xəyanət etməzlər!


Yol çəkmək, bina təmir etmək millət vəkilinin işi deyil. Əgər kimsə sizə belə vəd verirsə, bilin ki, yalan deyir. Mən seçicimə yalan vəd vermirəm. Çünki mən də sizdən biriyəm, istənilən probleminizdə yanınızda olacağam. Seçicilərimin məni axtarmasına imkan verməyəcəm, onların ayağına özüm gedəcəm. Mənim əlaqə nömrəm bütün seçicilərimin telefonunda olacaq. Mən seçicimin zənginə təcili yardımdan tez çatacam!


Əziz seçici, vətəndaş öz gələcəyini bir səslə müəyyən edir. Siz öz ailə üzvünüzdən birini parlamentdə görmək istəyirsinizsə, 9 fevralda seçkiyə gəlin və
GÜNEL SƏFƏROVAYA
səs verin! Çünki siz mənim ailəmsiniz, mən də sizin səsiniz olacam.


Mən sizi qazanmaq istəyirəm!

Hörmətlə, 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Günel Səfərova
Xəbər 1483 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR