Deputatda dəniz nəqliyyatı ilə bağlı təklif

Deputatda dəniz nəqliyyatı ilə bağlı təklif

Deputat Elşən Musayev parlamentdəki müzakirələrdə paytaxtın ən ciddi problemlərindən biri olan tıxac mövzusundan bəhs etdi. "Bizim dənizimiz boş qalıb, dənizimizdən istifadə etməliyik. Sadəcə 3-4 dayanacaq qurmaq lazımdır”-deyə, E.Musayev dəniz nəqliyyatına diqqət yetirilməsini vacib saydı.

Deputat bildirdi ki, ictimai nəqliyyat olaraq Xəzər dənizi istifadə olunmalıdır: "Elə nümunə olaraq, qardaş Türkiyəni göstərə bilərik. Dənizdən nəqliyyat vasitəsi kimi istifadə etsək, tıxac problemi bir az öz həllini tapa bilər. Eyni zamanda velosiped yollarının çəkilməsi ilə bağlı işlər də gücləndirilməlidir”.

E.Musayev bildirdi ki, dəniz nəqliyyatını inkişaf etdirmək mümkün olsa, Bakıdan Sumqayıta, yaxud Səbayeldən Günəşliyə rahat gediş-gəlişi təmin etmək mümkün olar. Eyni zamanda qeyd etdi ki. Bakıda velisoped yollarının çəkilməsi işi gücləndirilməlidir və ictimai nəqliyyatdan istifadə təşviq olunmalıdır.


Xəbər 1637 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR