Deputat: "Ermənistan ərazisi təhlükəli dərəcədə boşalıb"

Deputat:

Ermənistan strateji təhlükəli dərəcədə boşalıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin deputatı Arman Babacanyan deyib.
O bildirib ki, insanların ölkəni kütləvi tərk etdiyi bir vaxtda, həyat keyfiyyətinin yaxşılaşmasından danışmaq çətindir:
"Hakimiyyət dəyişikliyindən sonra ölkədə bir çox problemlər qalmaqdadır və bu da insanları ölkədə getməyə vadar edir. Miqrasiya "qeyri-real müharibə"dir və ölkənin zəifləməsinə gətirib çıxaran real müharibəyə çevrilə bilər".

Statistik məlumatlara əsasən, 2019-cu il aprelin 1-dək Ermənistan əhalisi 2,962 milyon nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 min nəfər azdır.
Xəbər 273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR