Ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq KİV-lər müəyyənləşdi

Ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq KİV-lər müəyyənləşdi

Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-nə təyin edilmiş prezident seçkilərində seçkiqabağı təşviqat aparmaq məqsədilə ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq kütləvi informasiya vasitələrinin adlarını açıqlayıb. 

MSK-dan Aktual.az-a verilən məlumata görə, namizədlər İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan”, ”Xalq qəzeti”, və "Bakinski raboçi” qəzetlərində ödənişsiz seçkiqabağı təşviqat apara bilərlər. 
Qeyd olunub ki, adıçəkilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə bu barədə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları prezident seçkilərinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.
 
Aktual.az
Xəbər 264 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR