“Delta ştammı”nın Azərbaycana gəlməsi qaçılmazdır” - Hande Harmancı

“Delta ştammı”nın Azərbaycana gəlməsi qaçılmazdır” - Hande Harmancı

"Artıq COVID-19-un "Delta ştammı”na yoluxma bir çox ölkədə qeydə alınıb”.

Aktual.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, bu ştamm daha tez yayılır: "Bu ştamma yoluxma zamanı xəstəliyin daha ağır keçməsi ilə bağlı dəqiq məlumat yoxdur, amma o da ola bilər. Bu gün "Delta ştammı” var, sabah başqa ştammlar meydana çıxa bilər. Vacib olan bunların monitorinq edilməsidir. Həqiqətən daha ağır keçirmi, yoluxuculuğu nə qədərdir- bunları nəzərə almaq lazımdır. Yaxşı olan odur ki, hazırda istifadə etdiyimiz peyvəndlər ağır xəstəlikdən, xəstəxanada yatmaqdan və ölümdən qoruyur. Bundan başqa gigiyenik qaydalar da bütün ştammlara qarşı qoruyucudur”.

O qeyd edib ki, "Delta ştammı”nın fərqli bir simptomunun ortaya çıxdığı görülməyib.

H.Harmancı bildirib ki, Azərbaycana "Delta ştammı”nın gəlməsi qaçılmazdır:

"Azərbaycan beynəlxalq gediş-gəlişin olduğu bir ölkədir. "Delta ştammı”na yoluxma qeydə alınıb-alınmadığını bilmək üçün Azərbaycanda laboratoriya şəraiti var. Amma "Delta ştammı” aşkarlanmasa da, əməl olunacaq qaydalar çox fərqli deyil. Bunun üçün qorunmaq, mütləq peyvənd vurdurmaq lazımdır. Hazırda ÜST-ün siyahısında olan bütün peyvəndlər ağır xəstəlikdən, xəstəxanaya yerləşdirmədən və ölümdən qoruyur”. 
Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR