Dələduzluğa görə həbsdə olan direktorun daha bir məhkəməsi başlayır

Dələduzluğa görə həbsdə olan direktorun daha bir məhkəməsi başlayır

"Qarabağ” Sudan İstifadə Edənlər Asossiyasının direktoru, dələduzluqda təqsirləndirilən Telman Səlimovun barəsində olan daha bir cinayət işinin istintaqı başa çatıb.

"Report”un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Siyavuş Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, T.Səlimov Leyla Tağıyeva və Şakir Hüseynova qarşı külli miqdarda dələduzluqda ittiham edilir. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. İttiham aktına əsasən, Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişməsində, 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli bina iş adamı Şakir Hüseynova məxsus olub. T.Səlimov həmin binada mənzil sataraq dələduzluq edib.
Xatırladaq ki, T.Səlimov əvvəllər də bir neçə dəfə dələduzluğa görə məhkum olunub. Son olaraq 2018-ci lin dekabr ayında 11 il müddətinə azadlıqdan məhrum edilib.
Xəbər 205 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR