"Daşnaksütyun" Paşinyana və sülh prosesinə qarşı çıxdı

  • DÜNYA

"Ermənistan Respublikasının heç bir rəsmi nümayəndəsi Konstitusiyada nəzərdə tutulmuş prosedurları pozmaqla siyasi və ya hərbi xarakterli hər hansı sənədi imzalaya bilməz”. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daşnaksütyun" ali orqanının nümayəndəsi, Ermənistan parlamenti sədrinin müavini İşxan Sağatelyan deyib.

İşxan Sağatelyan bildirib: "Qoy bunu hamı bilsin! Nikolun xalqdan qazandığı mandatı yoxdur ki, Ermənistanın yeni güzəştlər etmək qərarı versin. Ermənistan və ermənilər tərəfindən həyati əhəmiyyətli güzəştləri nəzərdə tutan prosesin sonu Ermənistan dövlətçiliyinin süqutu olacaq...

Artsax (Qarabağ) və Ermənistanın mövcudluğu və təhlükəsizliyi məsələləri bir-biri ilə bağlıdır. Qarabağ probleminin ədalətli həllinin və davamlı sülhün təmin edilməsinin təminatı xalqların bərabərlik və öz müqəddəratını təyinetmə hüququnun qeyd-şərtsiz həyata keçirilməsidir və Qarabağın Azərbaycanın tərkibində hər hansı bir statusun yaradılmasını rədd edir. Ermənistanın Qarabağ xalqının təhlükəsizliyinə zəmanət vermək öhdəliyini aktivləşdirmək lazımdır.

Mən əminəm ki, dövlətin tənəzzülünün qarşısını almağın yeganə yolu aksiyalarda mütəşəkkil iştirak etməkdir".

"Daşnaksütyun" rəsmisi xalqı "məğlubiyyət simvolu" olan Paşinyan hakimiyyətinə qarşı mübarizə aparmağa səsləyib.
Xəbər 389 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR