DANX-dan qiymətləri 50 faiz artıran taksi sürücüləri ilə bağlı AÇIQLAMA

DANX-dan qiymətləri 50 faiz artıran taksi sürücüləri ilə bağlı AÇIQLAMA

Şəhərlərarası qiymətləri 50 faizədək qaldıranlar fərqlənmə nişanı almadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan taksi sürücülərdir.

Bu barədə Axar.az-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

O bildirib ki, taksi xidmətində Tarif Şurası tərəfindən müəyyən olunan standart tarif yoxdur:

"Təbii ki, ölkədə fərqlənmə nişanı alan taksilərlə bağlı ümumi nəzarət mexanizmi tətbiq olunur. Ancaq hazırda pandemiya ilə əlaqədar ötən ilin martından şəhərlər və rayonlararası avtobuslar işləmədiyi üçün taksilər bu haldan sui-istifadə hallarına yol verə bilirlər. Bunun qarşısını almaq üçün isə bizdə mexanizm yoxdur. Yalnız Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Bakı Taksi Xidməti MMC dövlət xidməti olduğu üçün kilometraja uyğun vahid standart qiymət tətbiq edir və sürücü bundan artıq sərnişindən pul istəyə bilməz. Şəhərlər və rayonlararası gediş-gəlişin qiymətini artıran taksilərin çoxu dövlətdən fərqlənmə nişanı almadan xidmət göstərənlərdir. Fərqlənmə xidməti alan taksilər üçün DANX və regional bölmələrimiz ümumi monitorinqlər təşkil edir, taksi sürücüləri ilə söhbətlər aparılaraq bildirilir ki, sərnişinin ümumi ödəmə qabiliyyəti nəzərə alınaraq qiymətlər tənzimlənsin. Yəni biz onlara da deyə bilmirik ki, bu qiymət qarşılığında xidmət edin. Sürücülərə sadəcə sui-istifadə hallarına yol verilməməsi, əks halda isə fərqlənmə nişanın yenidən verilib-verilməcəyinə baxılacağı barədə xəbərdarlıq edilir. Onu da qeyd edim ki, fərqlənmə nişanının verilməsində sürücünün üzərinə şərt olaraq qiymətin qaldırılmamasını qoya bilmərik”.

Qeyd edək ki, Bakıya sərnişin daşıyan taksilərin qiymətləri 50 faiz bahalaşdırdığı barədə məlumat yayılıb.
Xəbər 269 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR