Dağlıq Qarabağın ermənilərin nəzarətində qalan hissəsi zülmətə qərq olub

Dağlıq Qarabağın ermənilərin nəzarətində qalan hissəsi zülmətə qərq olub

Ötən gün fevralın 25-də, Ermənistanda daxili siyasi çaxnaşmaların kəskinləşməsi ilə eyni vaxtda Azərbaycanın Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olan ərazilərində, yaxud Dağlıq Qarabağın ermənilərin nəzarətində qalan hissəsində işıqlar büsbütün sönüb.

Erməni KİV-i xəbər verir ki, Xankəndi də daxil olmaqla ermənilərin nəzarətində olan bütün yaşayış məntəqələrində elektrik enerjisinin verilməsi ötən gün saat 16.00 radələrində kəsilib və hələ də bərpa olunmayıb.

 Qondarma rejimin elektrik təchizatı üzrə operator şirkəti bildirib ki, "müvafiq stansiyada qəza baş verib” və hazırda bərpa işləri aparılır. Lakin bu versiya inandırıcı hesab edilmir və Xankəndində deyirlər ki, Ermənistanda hakimiyyətə qarşı təzyiqlərin artması ilə eyni vaxtda Dağlıq Qarabağda işıqların söndürülməsi təsadüfi deyil. Bəziləri isə deyirlər ki, Araik Arutyunyan bununla erməni ordusuna dəstək verən xalqı cəzalandırır.

Xəbər verildiyi kimi ötən gün Ermənistan Silahlı Qüvvələrinin Baş qərargahı başda Onik Qasparyan olmaqla Nikol Paşinyanın istefa verməsini tələb edib. Paşinyan buna cavab olaraq Qasparyanı vəzifəsindən azad etdiyini bildirib və öz tərəfdarlarını küçələrə çıxarıb. Eyni zamanda müxalifət də tərəfdarlarını küçələrə çıxarıb və onların bir qismi gecəni parlamentin qarşısında çadırlarda keçirib.


Virtualaz.org
Xəbər 211 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR