Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Türkiyəyə səfərə gedib

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Türkiyəyə səfərə gedib

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması rəhbərliyinin Türkiyəyə səfəri başlayıb.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bunu icmanın sədri Tural Gəncəliyev bildirib.
O qeyd edib ki, uğurlu və məhsuldar Los-Anceles səfərindən sonra Qarabağ icması üzvləri artıq Ankaradadır: "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevlə birlik Türkiyənin ən tanınmış düşüncə mərkəzində ilk görüşümüzü keçirdik. Maraqlı görüş və tədbirlər irəlidədir. Qarabağ həqiqətlərini yaymaqda davam edəcəyik”. 
Xəbər 305 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR